Azərbaycan futbolunun ən bahalı transferlərindən biri:

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə çıxış etdiyi “Sabah” klubu ilə yollarını ayırıb. Futbolçu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq. Yayılan məlumata əsasən, 24 yaşlı futbolçumuz karyerasını körfəz ölkəsinin “Əl-Əyn” klubunda davam etdirəcək.

Metbuat.az xəbər verir ki, “Azerisport”a açıqlama verən “Sabah” klubunun idman direktoru İqor Ponomaryov B.Mustafazadənin “Əl-Əyn” klubuna transfer olunduğunu təsdiqləyib.

İ.Ponomaryov bildirib ki, millinin futbolçusu BƏƏ klubu ilə müqaviləyə bir ay əvvəl imza atıb.

“Sabah” klubunun idman direktoru xüsusi olaraq qeyd edib ki, bu transfer Azərbaycan futbolu tarixində imzalanan ən böyük məbləğli müqavilələrdən biridir.

Bəhlulun niyə Avropanın deyil, BƏƏ klubunda oynamağa üstünlük verməsinə aydınlıq gətirən İ.Ponomaryov hesab edir ki, gənc futbolçu düzgün seçim edib:

“Əl-Əyn” onun inkişafına xidmət edəcək. Klub dəfələrlə BƏƏ çempionu olub. Klubun prezidenti Əbu-Dabinin vəliəhd şahzadəsidir, baş məşqçisi isə ən mütərəqqi mütəxəssislərdən biri olan Sergey Rebrovdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR