Gimnastlarımız İsraildə medal qazandı

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Qran Pridə Azərbaycan yığması növbəti medallarını qazanıb.

Gimnastika Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə ki, qrup hərəkətləri komandası finalda hər 2 proqram üzrə bürünc medallar əldə edib. Eyni əyarlı 2 medala Arzu Cəlilova Qran Pri çərçivəsində baş tutmuş turnirdə yiyələnib.

Xatırladaq ki, 16 iyulda Azərbaycan komandası çoxnövçülükdə 87,600 bal toplayaraq üçüncü yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR