Penaltini qaçıran Emreliyə komanda yoldaşları belə dəstək oldu -

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, "Legiya" və "Rakuv" komandalarının qarşılamasının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Legiya"nın bərabərlik qolunu 90+3-cü dəqiqədə Azərbaycan millisinin futbolçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı "Rakuv" daha dəqiq olub - 4:3. "Legiya"nın penaltilərindən birini Emreli qaçırıb.

Penaltini qaçıran Mahir Emreliyə oyundan sonra komanda yoldaşları dəstək olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR