“Zirə”nin Türkiyə toplanışı ləğv edildi

Azərbaycanın "Zirə" futbol komandasının Türkiyə toplanışı ləğv edilib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb səfər öncəsi komandanın üzvlərindən birinin COVID-19 test nümunəsinin cavabının pozitiv çıxmasıdır.

Baş məşqçi Rəşad Sadıqov komandanın qapalı şəraitdə uzaq məsafəyə səfər edəcəyini nəzərə alaraq, belə qərar verib. "Zirə" məşqlərini ölkə daxilində davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR