Azərbaycanlı boks hakimi və həkimi Tokio-2020-yə dəvət alıblar

Beynəlxalq Olimpiya Komitəsi (IOC) azərbaycanlı boks hakiminə və həkiminə etimad göstərib.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, IOC iki şəxsi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.

İyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.

Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.

Qeyd edək ki, yığma Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR