Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Futbol üzrə millimizin dünya çempionatının seçmə mərhələsində Lüksemburq, İrlandiya və Serbiya yığmalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı bəlli olub.

Metbuat.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verdiyi məlumata görə, sentyabrın 1-də Lüksemburqla matç saat 22:45-də şəhərin “Stade de Luxembourg”da start götürəcək.

3 gün sonra İrlandiya ilə duel saat 20:00-da Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək. Oktyabrın 12-də Serbiya ilə görüş isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR