“Keşlə”“Soçi”yə uduzdu -

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Keşlə” komandası iyulun 22-də UEFA Konfrans Liqasında birinci oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Soçidə keçirilən oyunda “Soçi” klubu ilə qarşılaşan “Keşlə” komandası 3:0 hesabı ilə məğlub olublar. Soçi təmsilçisinin heyətində Rodriqo (10), Kristian Noboa (67) və Maksim Barsov (81) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR