Tokio-2020:

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Metbuat.az xəbər verir ki, velosipedin şosse növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib. 130 velosipedçinin qatıldığı yarışda 34 yaşlı idmançımız 57-ci km-də yıxılıb. Yarışın ümumi məsafəsi 234 km olsa da, Əsədov axıra qədər tab gətirə bilməyib.

Onunla yanaşı, hazırda davam edən yarışda daha 11 velosipedçi finişə çata bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR