BDU-dan bıçaqlanma hadisəsi ilə bağlı

Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetində bıçaqlanma hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, BDU-nun mətbuat katibi Günel Orucəliyeva hadisə barədə saytımıza məlumat verib:

"27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib. Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR