Bakıdakı restorandan kişilər üçün QADAĞA:

Bakıda fəaliyyət göstərən "Qoşa Qala" restoranı rəsmi "Instagram" hesabında kişi müştərilər üçün müəyyən qadağaların tətbiqi ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, həmin postda restorana aid xüsusi dres-kodun mövcud olması qeyd edilib:

"Bu səbəblə restorana şort və dabancıq ayaqqabı ilə (başmaqla) giriş, təəssüf ki,mümkün deyil. Sözügedən bildiriş yalnız bəylərə şamil olunur. Həmçinin restoran ərazisində ev heyvanları ilə gəzintiyə icazə verilmir".

Sözügedən qadağan sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qəbul edilməyib və tənqidlərə səbəb olub.

Bildirək ki, daha əvvəl də "şortik" geyinən kişilərə qarşı müəyyən məhdudiyyətlər olub.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR