Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, o, 1/8 finalda Dilşotbek Ruzmetovu mübarizədən kənarlaşdırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes 4:1 hesabı ilə qalib gəlib.

30 iyulda isə Alfonso 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək.

Qeyd edək ki, bu gün idmançının doğum günüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR