2021-ci ilin 6 ayında övladlığa götürülmə ilə bağlı Agentliyə 182 müraciət daxil olub ki, bunun 58-si müəssisədən olan uşaqlarla bağlı olub.
Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, hesabat dövründə 28-i qız, 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib.
“2020-ci ilin 6 ayında 31 uşağın ailələrinə reinteqrasiya olunub”.