Tokio-2020: Azərbaycan ilk medalını qazandı -

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Metbuat.az xəbər verir ki, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medalı qazanıb.

Tokio Olimpiadasının bürünc mükafatçısı İrina Kindzerska çox xoşbəxt olduğunu bildirib:

"Çox xoşbəxtəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. İnanıram ki, bu qələbə digər cüdoçu qızlar üçün stimul olacaq".

Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR