Sabah hava necə olacaq?

Avqustun 03-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətin Metbuat.az-a verilən məıumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 %, gündüz 25-30 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində 25-26° isti, cənub çimərliklərində 26-27° isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Avqustun 03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR