Tokioda uğursuz çıxış edən cüdo millimizin məşqçi heyəti qovuldu,

Kişilərdən ibarət cüdo millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

İclasda federasiyanın Daimi Təftiş Komissiyasının sədri Ağayar Axundzadə, baş katib Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.

Qərara alınıb ki, yeddi kişi cüdoçu ilə Tokio Olimpiadada təmsil olunan və heç bir medal qazana bilməyən millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilsin. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli komandadan göndərilib.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşları azaldılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR