“Neftçi” “Fənərbaxça”ya rəqib oldu

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, "Neftçi”nin avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

Bakı klubu III təsnifat mərhələsində Finlandiya təmsilçisi HİK-i adlasa, "Fənərbaxça" ilə qarşılaşacaq. "Neftçi” – HİK cütünün qalibi ilk matçı səfərdə keçirəcək. Pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək.

Qeyd edək ki, "Neftçi” HİK-ə qarşı ilk oyunu avqustun 3-də, cavab görüşünü 12-də keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR