“Sabah”dan yeni transfer

“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, klub gürcüstanlı hücumçu Mixeil Ergemlidzeni transfer edib. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Gürcüstanda Tbilisi "Dinamo"sunun yetirməsi olan Ergemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Demirspor” klublarında da çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR