Məşhur ingilis klubunu satın almaq istəyən

Azərbaycanlı iş adamı Nəsib Piriyev İngiltərə Premyer Liqasında çıxış edən klubun sahiblərindən biri ola bilər.

Metbuat.az Fanat.az-a istinadən xəbər verir ki, həmyerlimizin rəhbərliyində təmsil olunduğu "PAI Capital”kooperasiyası "Vest Hem" klubunu satın almaq istəyir. Azərbaycanlı iş adamı klubun satın alınması üçün 400 min funt-sterlinq ödəməyə hazırdır.

"PAI Capital"ın İdarə Heyətinin üzvü Filip Beard "Vest Hem"i satın almaq istədiklərini təsdiq edib. Klubun İdarə Heyətinin sədri David Sullivan isə tələb olunan məbləğdə hələ təklif gəlmədiyini bildirib.


"PAI Capital" "Vest Hem"i almaq istəyinin səbəbi məhz Nəsib Piriyev amilidir. Belə ki, azərbaycanlı iş adamı 1986-cı ildən bu kluba azarkeşlik edir.

Nəsib Piriyev iş adam Nizami Piriyevin oğludur. 1992-2002-ci illərdə "PNN Arkansas Inc" neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Nizami Piriyev sonradan Rusiyanın "StroyTransGasOil" neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR