Tokio- 2020:

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Metbuat.az xəbər verir ki, o, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirib. Azərbaycan karateçisi rəqibini 5:0 hesabı ilə üstələyib.


*12:31

75 kq-dakı Rafael Ağayev B qrupunda Noa Biç (Almaniya) ilə döyüşüb.

Metbuat.az xəbər verir ki, 5 qat dünya çempionu 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR