Rafael Ağayev son görüşündə uduzdu -

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Metbuat.az xəbər verir ki, o, qrupda növbəti və sonuncu görüşünü italiyalı Luici busaya qarşı keçirib. O, rəqibinə 1:3 hesabı ilə uduzub.

Xatırladaq ki, 5 qat dünya çempionu B qrupundakı Almaniya təmsilçisi Noa Biçlə olan döyüşündə rəqibini 2:1 hesabı ilə üstələyib.

Çuneari Yahiro (Avstraliya) ilə keçirilən ikinci görüşdə Azərbaycan karateçisi rəqibini 5:0 hesabı ilə üstələyib.

Üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşan Rafael onu da 3:2 hesabı ilə məğlub edib.

Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq. Onun görüşü bu gün Bakı vaxtı ilə saat 15:22-də başlayacaq.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR