Messinin "Barselona"dan ayrılmasının əsl səbəbi bu imiş

Barselona prezidenti Xuan Laporta Lionel Messi ilə müqaviləni uzadılmamasının səbəbləri barədə danışıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, hər iki tərəf müqavilə bağlamağın tərəfdarı olub. Lakin maliyyə feyr-pley qaydaları bu müqavilənin bağlanmasına imkan verməyib. Laporta bildirib ki, La Liqada maaş büdcəsinin aşılmaması ilə bağlı məhdudiyyətlər var.

Müqavilə də bu səbəbdən baş tutmayıb. “İnvestisiya şirkəti CVC-nin dəstəyi ilə bu məsələni yoluna qoymaq olardı. Lakin onların şərti ağır idi. Biz klubun 50 illik gələcəyini təhlükəyə ata bilmərik” - deyə Laporta deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR