"McDonald's''ı MƏHKƏMƏYƏ VERDİ -

"McDonald's" reklam lövhəsindəki çizburgerə görə orucunu pozduğunu iddia edən rus qadın, "fast food" şəbəkəsini məhkəməyə verərək təzminat tələb edib.

Metbuat.az xəbər verir ki, Moskvadakı Zamoskvoretsky Məhkəməsinin verdiyi xəbərə görə, Sibirdə Omsk şəhərində şikayətçi olan qadının iddia etdiyi hadisə, 2019 -cu ilin aprel ayında, xristianlar üçün qurban bayramı olan Lent dövründə baş verib. Yeddi həftə davam edən oruc zamanı xüsusilə ət yeməkləri yeyilmir. Bu oruc dövrünün ortasında, Ksenia Ovchinnikova Omsk şəhərinin Karl Marx küçəsində gedərkən "McDonald's"ın çizburger və toyuq "McNuggets" reklamını görüb.

Ovchinnikova iddia edib ki, poster onun dini hisslərinə güc gəlib və o 16 il ərzində ilk dəfə orucunu pozaraq çizburger alıb. Qadın bu səbəbdən "fast food" şəbəkəsindən 1000 rubl (13,50 dollar) mənəvi ziyan tələb edib. Rus Pravoslav Kilsəsinin Moskva Patriarxlığından olan bir mənbədən Ovçinnikovanın iddialarına cavab olaraq bildirilib ki, qadın "McDonald's"dan təzminat əvəzinə Allahdan bağışlanmağını diləməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR