Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsinin başlanğıc hissəsindəki yamacdakı ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın ərazisinə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları gəliblər. Hazırda yanğının səbəbləri araşdırılır və ərazinin təmizlənməsi işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik leytenantı Ramazan Ramazanov bildirib ki, ərazidə quru kol-kos yanıb: “5-6 şam ağacı qaysıyıb. Yaxınlıqdakı evlərə ziyan dəyməyib, xəsarət alan olmayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR