Tokio-2020: Azərbaycan karateçiləri Bakıya qayıdıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan karateçiləri Bakıya qayıdıb.

Metbuat.az xəbər verir ki, onları Azərbaycan Milli Karate Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər qarşılayıb.

Xatırladaq ki, Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) Tokio-2020-də gümüş medal qazanıb. Firdovsi Fərzəliyev (67 kq) isə yarışı medalsız başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR