Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə veriləcəyinə aydınlıq gətirib

“Əks-göstəriş sertifikatları əsasən yaşı 18-dən yuxarı, vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə adekvat reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlara veriləcək. Bunlar qəti əks-göstərişlərdir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin instaqram səhifəsindəki canlı yayımda Baş infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, nisbi əks göstərişlər də var, bunlar müəyyən sistem və orqanların xəstəliklərinin kəskin dövründə də ola bilər:

“Həmin şəxs kəskin xəstəlik dövründən sonra yenidən vaksinasiya ola bilər. Eyni zamanda, şəkərli diabet və onkoloji xəstəlik kimi bir sıra xroniki xəstəliklərin kəskin dövründə də əks-göstəriş sertifikatı verilə bilər. Komissiyalar bunu dəyərləndirəcək, amma hələ Komissiya işinə tam başlamayıb. Yəqin ki, əks-gpstəriş xəstənin o dövrdəki vəziyyətindən asılı olaraq bir müddətlik olacaq. Yəqin ki, bu insanlar vəziyyətlərii yaxşılaşdıqda yenidən peyvəndə dəvət oluna bilərlər. Birdəfəlik qadağanın olacağını düşünmürəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR