Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə cavab oyununu keçirib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Finlandiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb. Bakılılar Konfrans Liqasında çıxış edəcək.

Samir Abasovun komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.