Paşinyan İlham Əliyevlə görüşməyə HAZIRDIR -

“Ermənistan Baş Naziri Nikol Paşinyanın “Regionda vəziyyətin tənzimlənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazırıq” deyə nitq söyləməsi Nikolun yenidən “İlham Əliyevlə yenə bir masa arxasında əyləşə bilərik. Bu masada nəqliyyat, kommunikasiya sistemlərinin bərpası danışıla bilər” mesajını verir”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Elman Vəliyev edib. Şərhinin davamında Elman Vəliyev bildirdi ki, Paşinyan deyir ki, “Dağlıq Qarabağ” məsələsinin aradan qaldırılmasını biz tərəfdən dilə gətirəcəyimizi zənn etmək olmaz.

“Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını "Dağlıq Qarabağ" deyil də, bu seqmentin ətraf rayonları ilə məhdudlaşdırmağa çalışır və bunu yaxın müddətdə dilə gətirəcəklərinə əminəm. Düşünürəm ki, Ermənistan Qazax anklavlarını( həmçinin Naxçıvanın Kərki anklavını da)geri verəcək, ancaq çox güman burada da sülhməramlılar yer alacaq. Bu konfliktdə Rusiya sadəcə öz maraqlarını güdür. Rusiya düşünür ki, münaqişə tərəfləri narazılıq etməsin ki, biz də bölgədə uzunmüddətli fəaliyyət göstərək. Məhz bu səbəbdən də, gələcəkdə təhlükə yarada biləcək hər ehtimalı düzgün qiymətləndirib, ona uyğun lazımlı və nəticəli addımlar atmaq lazımdır”.

Politoloq xatırlatdı ki, Ermənistan müdafiə naziri Arşak Karapetyan həmkarı Sergey Şoyqu ilə görüşməyə gedəndə əliboş dönməməyə möhürlənmişdi. Elə də oldu, Şoyqu Karapetyana "xəncər" verərək Ermənistana silah tədarük ediləcəyini aşkar dilə gətirdi. Yəni Rusiya dedi ki, “yanınızdayıq başqalarından ümid gözləməyin. Sizi himayə edən bizik”. Elman Vəliyev qeyd etdi ki, xəncər simvolu dayaq olmaq, güc göstərmək anlamı daşıyır. Xatırlayırsınızsa, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu da Prezident İlham Əliyevə xəncər hədiyyə etmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR