Rusiya Qarabağdakı "missiyasından" SUİ-İSTİFADƏ edir -

Dünən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib. O, daha sonra əlavə edib ki, Ermənistan tərəfi ölkədə keçirilmiş parlament seçkisi öncəsi fəaliyyətini dayandırdığını elan etdiyi və Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müaviləri səviyyəsində yaradılmış üçtərəfli kommisiyanın fəaliyyətini yenidən canlandırmasına hazırdır. Təbii ki, burada bir neçə sual yaranır. Niyə Nikol indi belə açıqlama verir? Nikol belə açıqlama verməklə hansı siyasi məqsədlərə nail olmaq istəyir?

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, xüsusilə qeyd ediləsi bir neçə məsələ var ki, həmin məsələ erməni xislətinin açıq göstəricisi ola bilər və şübhə etmirəm ki, rus "barmağı" burada olmasın.


"Son iki gündə rus "sülhməramlıları"nın nəzarətində olduğu və Azərbaycanın suveren əraziləri olan Qarabağda missiyalarına uyğun olmayan fəaliyyət göstərməsi, daha dəqiq desək həbi təlimlər keçməsi və bu təlimlərin də əsasını artileriya qurğularından təşkil edilməsi, üstəlik erməni terrorçu dəstələrini Ermənistan ərazisindən gətirib bu hərbi təlimlərə cəlb etməsi həm 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinin şərtlərinə tamamilə ziddir, həm də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Ən qısa zamanda rus "sülhməramlıları" 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrinə uyğun olaraq öz missiyalarının düzgün icrasına qayıtmasa, Ermənistanda gətirdikləri erməni silahlı terrorçularını və II Qarabağ savaşından sonra rus "sülhməramlıları"nın nəzarət etdiyi ərazilərdə qalmış erməni terrorçu dəstələrinin Qarabağ ərazilərindən tamamilə çıxarılmasını təmin edib tezliklə Ermənistana qaytarmasa, Laçın dəhlizində nəzarəti düzgün təşkil etməzsə, Azərbaycan üçün bir çıxış yolu qalır ki, bu da anti-terror əməliyyatları təşkil etməkdir".

Vəziyyətin getdikcə daha da gərginləşdiyini görən Nikolun bu tip bəyanatlar verməklə öz erməni xislətini ortaya qoymağa çalışdığını bildirən Samir Hümbətov vurğuladı ki, Paşinyan belə halda dünyaya onu demək istəyir ki, mən Azərbaycana sülh çağırışları etməyimə baxmayaraq, Azərbaycan Qarabağda hərbi əməliyyatları başladıb dinc erməni əhalisinə qarşı silah tətbiq etməyə çalışır. Təbii ki, terrorçu dəstələrinin Qarabağda olmasını isə erməni əhalinin müdafiəçisi kimi dünyaya təqdim etməyə çalışacaq.

"Hesab edirəm ki, Azərbaycan tərəfi həm Ermənistanın, həm də ona dəstək verən Rusiyanın atdığı addımlardan xəbərdardır. Odur ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi həm Rusiyaya, həm Ermənistana açıq xəbərdarlıq edib və xəbərdarlığında nə bütövlükdə 10 noyabr 2020-ci il üçtərəfli bəyannamə, nə də həmin bəyannamənin 4-cü bəndi Ermənistan və Rusiya tərəfindən icra edilmədiyini açıq şəkildə bildirib.

Azərbaycan tərəfi isə danışıqlarla bağlı ilkin şərt kimi 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 4-cü bəndinin şərtlərinə uyğun olaraq erməni silahlı terrorçularının rus "sülhməranlıları"nın nəzarət etdiyi Qarabağ ərazisindən tamamilə çıxarılması ola bilər. Fikrimcə bundan sonra danışıqlar barədə düşünmək mümkündür. Əks təqdirdə proseslər öz məcrasından çıxa bilər" deyə Samir Hümbətov şərh edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR