"Prezident İlham Əliyevin Kəlbəcər və Laçına etdiyi səfərlərdə Qaragöl və sərhədlərlə bağlı qeyd etdikləri Ermənistana mesajdır. Xüsusilə Ermənistanın iddia etdiyi Qaragöl gölünün "Azərbaycanındır!" qeyd etməsi artıq bu göl üzərində spekulyasiya son qoyur".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Onun sözlərinə görə, Ermənistanın bundan sonra, heç bir şansı yoxdur və Azərbaycanla normal münasibətlər qurmağa məcburdur.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Məhz hazırkı gərgin situasiyada prezidentin Kəlbəcər və Laçına səfər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Murovdağdan Araz çayına qədər hərbi hissələrin olmasını və sərhədlərin möhkəmlənməsini vurğuladı. Bununla da, Azərbaycan Ermənistanla sərhəddi tam nəzarətə götürdüyünü elan etdi. Qeyd edim ki, Laçın dəhlizi yaxınlığından verilən bu mesajlar növbəti mərhələdə Azərbaycan postunun bu dəhlizdə qurulması məqsədini güdür".

Politoloq qeyd etdi ki, ölkə başçısının Laçına səfəri dəhlizə nəzarətin əldə edilməsinə hesablanıb. Çünki, Laçın dəhlizində hazırkı durum Azərbaycanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir.

"Məhz bu dəhliz vasitəsilə erməni separatçılarına silah və sursat daşınaraq Şuşa atəşə tutulur. Növbəti hədəf Laçın dəhlizinə nəzərətin əldə edilməsi olmalıdır. Bununla da Qarabağda silahlı erməni separatçılarının üstündən tam xətt çəkə bilərik".

Gülbəniz Hüseynli / Metbuat.az