“Mariya Zaxarovanın verdiyi açıqlamalar Rusiya dövlətinin rəsmi mövqeyi təmsil edir. Onun verdiyi açıqlamadan belə qənaətə gəlmək olar ki, Rusiya bölgədə sülh və sabitliyin olmasını tərəfdar olmasının tərəfdarı deyil”.
Bu açıqlamanı Metbuat.az-a özəl olaraq politoloq Samir Hümbətov edib. Onun sözlərinə görə, ümumiyyətlə, Rusiyanın əsas marağı bölgədə daimi münaqişənin qalmasıdır. Politoloq xüsusilə vurğuladı ki, Zaxarovanın etdiyi açıqlamada iki məsələ bir-biri ilə tamamilə ziddiyyət təşkil edir.

“Birincisi Zaxarova açıqlayır ki, rus sülhməramlılarını hər iki ölkə hər iki tərəf istəyir və onların varlığı regionda sülhün sabitliyin qorunmasına töhfə verir. Məsələ ondadır ki, Azərbaycan rus sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını və məsələnin birdəfəlik həllinə nail olmaq istəyir. Ona görə də həmin Müdafiə Nazirliyinin həm Xaric İşlər digər aidiyyəti qurumların verdiyi açıqlamalarda da müvəqqəti dislokasiya olunmuş yəni müvəqqəti yerləşdirilmiş rus sülhməramlılar ifadəsi işlənir. O deməkdir ki, yəni o qüvvələr o ərazidə müvəqqətidir.
Digər tərəfdən isə Zaxarova silah satılması ilə bağlı fikrini ifadə edən zaman deyib ki, “biz burda balans yaratmaq istəyirik”. Bu zaman sual oluna bilər. Əgər Mariya Zaxarova düşünürsə, ki, həm Ermənistana silah verməyə həm Azərbaycana silah satmaq balansı yaradırsa, bu artıq bir də münaqişənin alovlanması deməkdir.Çünki, silah verirsənsə demək tərəfləri döyüşə hazırlaşdırırsan. Bu da artıq Rusiyanın qeyri stabilliyin olmasını tərəfdarı olduğuna işarədir. Görünən odur ki, Rusiya ənənəvi siyasətindən əl çəkmək istəmir. Atdığı addımların əsas məqsədi Cənubi Qafqazda qeyri stabilliyi davam etdirərək, hərbi varlığını qoruyub saxlamaqdır”.
Politoloq qeyd etdi ki, düşünmür ki, bu verilən açıqlamalar tam şəkildə yerinə yetiriləcək. Çünki, əgər Rusiya tərəfinin atdığı addımlar bu cür davam eliyərsə və bu cür təxribatçı fikirlər ifadələr səslənərsə, Rusiya ordusunun regionda uzunmüddətli qalması prosesi o qədər də inandırıcı görsənmir.
“Azərbaycanın tam hüququ var ki, Rusiyanın dırnağarası sülhməramlı qüvvələrini Azərbaycandan çıxarılması üçtərəfli imzalanmış müqavilədən imtina etsin.Hesab edirəm ki,Zaxarovanın açıqlaması həm də ən üst səviyyədə Rusiya tərəfindən təxribatın yaranması deməkdir və bu hal ikitərəfli əlaqələrə eyni zamanda regional münasibətlərə ciddi xələl gətirən hadisələrdən biridir”.
Gülbəniz Hüseynli / Metbuat.az