Rəşad Sadıqov üsyan etdi -

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turunun “Neftçi” ilə görüşündən (1:2) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Metbuat.az xəbər verir ki, gənc mütəxssis açıqlamasında hakim səhvləri ilə bağlı da danışıb.

Sadıqov hakim səhvlərindən bezdiyini dilə gətirib:

"Gənc məşqçiyəm, bu, ikinci mövsümümdür. Bir ilin içində hakim səhvlərindən bezmişəm. Bu, tək bizim oyunlara aid deyil. Peşəm məşqçilik olmasaydı, bir, iki saat hakim səhvləri ilə bağlı təqdimat edə bilərəm. Belə rəqabət aparmaq olmur. 59-cu dəqiqədəki epizoda təzədən baxmaq lazımdır. Yəqin ki, mütəxəssislər şərh edəcəklər. Bəzi xırda detallar var. Ola bilər ki, heç kimin diqqətini cəlb etməsin, amma mən 30 ildir futboldayam.

Söhbət təkcə bu oyundan getmir. Ötən tur "Qarabağ"la oyunda edilən kobud səhv... Bu nə qədər davam edəcək? Hakim səhvlərindən artıq bezmişəm. İstəyirəm ki, ədalətli nəticə olsun. Çox ikili standartlar var. Bizə qarşı silsilə hakim səhvləri nə ilə bağlıdır, artıq bilmirəm. Bilmirəm, bu klubla bağlıdır, yoxsa mənlə bağlı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR