Azərbaycanda bazar yandı:

Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR