Qvineyada qiyamçıların lideri Mamadi Dumbuya hökumətin buraxıldığını, mövcud konstitusiyanın ləğv olunduğunu elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Guinee News” məlumat yayıb.

Dumbuya video-müraciətində həmçinin bildirib ki, ölkənin bütün quru və hava sərhədləri də bağlanır.

Qeyd edək ki, Qvineya prezidenti Alfa Konde qiyamçılar tərəfindən saxlanılıb.