Koronavirusun "Mu" variantı PCR testləri vasitəsi ilə aşkarlanmaya və müalicəyə çətin tabe ola bilər.
Metbuat.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O bildirib ki, sözügedən variantın öldürücülüyü barədə hələlik hər hansı qorxulu nəticə yoxdur:
“Mu” variantı ilk dəfə Kolumbiyada aşkar edilib və artıq 40-dan çox ölkədə yayılıb. Hesab edilirdi ki, “Mu” variantı ümumi yoluxanların 0.1 faizini təşkil edəcək. Lakin bu, özünü doğrultmadı. Çilidə ümumi yoluxanların 40 faizi “Mu” variantının payına düşür. Kolumbiyanın özündə isə bu göstərici 39 faizdir. Digər ölkələrdə də sözügedən varianta yoluxma faizi 5-10 faiz təşkil edir. ÜST bu variantı izlənilən variantlar sırasına daxil etdi. Ehtimal olunur ki, “Mu” variantı vaksinlərə qarşı dayanıqlı ola bilər. “Mu” variantı “Delta” variantından daha yoluxucu və öldürücü xüsusiyyətlərə malik deyil".