General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

Metbuat.az xəbər verir ki, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib. Bu gün yeni komandan Ermənistana səfər edib. Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Qarabağdakı sülhməramlı missiyanın səmərəliliyini yüksək qiymətləndirib. Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Karapetyan Kosobokovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona sülhməramlı missiyasını yerinə yetirməkdə uğurlar arzuladı.

Qeyd edək ki, Mixail Kosobokov 1999-cu ildə Ryazan Ali Hava-Dəniz Komandirliyi Məktəbini bitirib. Kosobokov 58-ci Birləşmiş Silahlı Qüvvələrin (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışıb. Bir vaxtlar o, Kosobokov Abxaziyadakı rus hərbi bazasına komandanlıq edirdi. Qeyd edək ki, hələ 2016-cı ildə, Rusiya Federasiyası Prezidentinin 20 Fevral 2016-cı il tarixli, 73 saylı Fərmanı ilə general-mayor rütbəsinə layiq görülmüşdür.

Gülbəniz Hüseynli / Metbuat.az