Şəhidin doğum günündə məzarı ziyarət edildi -

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Milli Məclisin deputatı, şəhidimizin xidmət etdiyi hərbi hissənin zabit heyəti, döyüş yoldaşları Vətən müharibəsi şəhidi Kəlbiyev Şaiqin doğum günü ilə əlaqədar olaraq məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyub.

Metbuat.az xəbər verir ki, daha sonra şəhidin evi ziyarət olunub, şəhid ailəsinə ərzaq və maddi yardım edilib.

Şəhid ailəsi ilə söhbət edilib, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyü diqqətə çatdırılıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildən təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. 27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə ehtiyyatdan xidmətini davam etdirmək üçün ordu sıralarına göndərilib. 15.10.2020-ci il tarixində Suqovuşan-Ağdərə istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR