Türk hərbçiləri Xəzərdə: İran NARAHATDIR -

“Xəzərin statusu ilə bağlı 5 Xəzəryanı ölkənin bağladığı müqaviləyə əsasən, Türkiyə bu su hövzəsində ola bilməz”. İran xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Türkiyə ilə Azərbaycanın Xəzərdə birgə keçirdikləri təlimləri şərh edərkən belə deyib.

Bəs Səid Xətibzadəni belə açıqlama verməyə sövq edən səbəb nədir?

Bu barədə Metbuat.az-a özəl açıqlama verən general Yücel Karauz bildirdi ki, Azərbaycan tərəfindən Xəzər dənizində hərbi güc yerləşdirmək müzakirə mövzusu deyildir. General qeyd etdiki, İran xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Türkiyə ilə bağlı söyləmiş olduğları fikirləri əsaslandıran vəziyyət yoxdur, qısqanclıqdan ibarətdir.


“Hər ölkə öz müstəqilliyinin verdiyi imkanlar sayəsində havada, quruda, suda istədiyi dövlətlər ilə hərbi təlimlər keçirə bilərlər. İranın bu reaksiyasını nə hüquqi, nə qanuni, nə də şəxsi hisslər baxımından qəbul etmək düzgün deyil. Türkiyə-Azərbaycan qardaşlığı yalnız sülhün və tərəqqinin inkişafı naminədir. Heç bir üçüncü dövlətə qarşı, təcavüzkar niyyət daşımamaqdır”.

Yücel Karauz qeyd etdi ki, Beynəlxalq hüququn şərtlərini qəbul edən ölkələr, 44 günlük Vətən müharibəsi əsasında həmçinin Ermənistanın yalvararaq imzaladığı bəyannamənin şərtlərini hələ də qəbul etmədiyini bildikləri halda belə açıqlamalar verib, ürək bulandırmaları yalnız ikiüzlülükdən ibarətdir.

“İki ölkə arasında keçirilən hərbi təlimlər, yeni biliklərin öyrənilməsi baxımından təşkil olunduğu halda bu ikili standartlar əsasında edilən açıqlamalardan bəzi dövlətlərin, xüsusəndə İranın əl çəkməsi lazımdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR