Arvadını qətlə yetirən hakimin oğlu məhkəmədə ifadə verməkdən

Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

İlk olaraq şahid qismində Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Yasin Umudov ifadə verib.

Şahid ifadəsində hadisə baş verən günü mən polis idarəsində olduğunu deyib. Şahid bildirib ki, gecə saatlarında növbəti hissəyə hadisə baş verməsi barədə məlumat verilib:

" Məlumat alan kimi zəng gələn nömrəyə geri yığdım. Fəqan Əhmədov özü telefonu götürərək həyat yoldaşını qətlə yetirdiyini dedi. Dərhal hadisə baş verən yerə getdim. Evə yaxınlaşanda Fəqan özündə Sabunçu Rayon Polis İdarəsinin 42 və 43-ci Polis Bölməsinin rəisləri orada idi. Sərxoş vəziyyətdə idi. Hadisənin necə baş verdiyini soruşduqda içki üstündə mübahisə etdiklərini və daha sonra zarafatla silahı götürdüyünü bildirdi. Dediyinə görə silahın qoruyucusunun bağlı olduğunu düşünüb. Meyit divanda oturu halda idi. Otaqda silah və bir patron var idi. Məlum oldu ki, patronun birini də götürüb özünü vurmaq üçün çölə çıxıb və uşaqları gözünün qarşısına gəlib."

Təqdiririlən şəxsin suallarını cavablandıran şahid hadisə baş verən otaqda mübahisə olduğunu göstərən hər hansı əlamət olmadığını söyləyib.

Daha sonra hakim şahidin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu deyib. Belə ki, şahid ibtidai istintaqa verdiyi ifadədə hadisə yerinə gələndə otaqda iki giliz gördüyünü deyib. Bildirib ki, Fəqan Əhmədov mütəmadi olaraq içki içərək həyat yoldaşı ilə mübahisə etdiyini deyib. Hadisə günü də mübahisə zəminində evin ikinci mərtəbəsinə qalxaraq silahı götürüb aşağı gəlib. Qorxutmaq üçün silahı tuşlayıb və həyat yoldaşını qətlə yetirib.

Daha sonra şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Nardaran qəsəbəsi üzrə sahə rəisi Rüfət İsgəndərov ifadə verib.

Şahid hadisə baş verən günü əməliyyat rəhbəri olduğunu deyib. Şahid bildirib ki, hadisə baş verən günü Fəqan Əhmədovun evinə birinci o gedib:

" Fəqan Əhmədov çox həyəcanlı idi. Hadisə baş verdiyi üçün peşiman olduğunu deyirdi. Silahın içində güllə olduğunu bilmədiyini dedi. Hadisə baş verən ev də çox səliqəli idi."

Daha sonra hakim şahidin ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib:

" Hadisə barədə eşidən kimi, Fəqan Əhmədova zəng etdim və hadisənin harada baş verdiyini soruşdum. Təqsirləndirlilən şəxsi əvvəldən tanıyırdım və Sabunçu Rayon Məhkəməsinin hakimi olduğunu bilirdim. Fəqan Əhmədov dedi ki, mütəmadi olaraq içki içdiyi üçün həyat yoldaşı ilə mübahisə edib. Daha sonra ikinci mərtəbədən silahı gətirib Pərvanə Əhmədovanın ürək nahiyəsinə tuşlayıb və onu vurub."

Şahid məhkəməyə istintaq zamanı Fəqan Əhmədovun ikinci mərtəbəyə qalxaraq silah gətirməsi barədə ifadə vermədiyini deyib. Bildirib ki, Fəqan Əhmədov ona Novruz bayramında atəşfəşanlıq açmaq üçün atəş açıb və silahı yerinə qoyub. Elə bilib ki, silahın içində güllə yoxdur."

Prosesdə daha sonra şahid qismində ifadə vermək üçün təqsirləndirilən şəxsin 14 yaşlı oğlu məhkəmə zalına dəvət olunub.

Şahid qismində gələn təqsirləndirilən şəxsin oğlu qanunvericilyə uyğun olaraq ifadə vermək istəməyib. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini deyib. Hakimlər tərəflərin razılığı ilə şahidin ifadəsinin elan olunmuş hesab edərək məhkəmə istintaqının başa çatdığı elan olunub.

Proses 30 sentyabrda davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR