Repetitor müəllimlər vergi ödəyəcəklər? -

"Fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Dövlət Vergi Xidmətinin Mətbuat xidmətindən, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər gəlirlərinin 20%-ni vergi şəklində tutulması ilə bağlı yaranan narahatlıq fonunda suallara cavab olaraq bildiriblər.

Məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə yayılan məlumatlar yeni xəbər deyildir.

"İstər repetitorluq, istərsə də digər sahibkarlıq fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödənməlidir. Repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Amma məsələnin icra mexanizmi bir qədər çətindir. Çünki şəxsin özü vergi ödəmək üçün məlumatlarını daxil etməli nəticədə onun gəlirlərinin bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalıdır. Ümumi olaraq hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR