Ermənistan hava məkanını açmaqla jest edir, yoxsa hiylə? -

“Azərbaycan üçün Ermənistanın hava məkanının açılması təqdir olunası bir addımdır. Gəncə-Naxçıvan arasında reysin həyata keçirilməsində Ermənistanın hava məkanından istifadə olunmuşdur və bu həm də üçtərəfli birgə bəyanatın ruhuna da uyğundur”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq, politoloq İlyas Hüseynov verib. O xatırlatdı ki, üçtərəfli birgə bəyanatın doqquzuncu maddəsinə görə bölgədə bölgədəki nəqliyyat və kommunikasiya xətləri açılmalıdır.


“Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında əlaqə Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilməlidir. Bu xüsusda həm yer, həm də hava məkanı üzərində olan nəqliyyat əlaqəsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd olunmalıdır ki, bu reysi həyata keçirən Türk Hava yolları olmuşdur. Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan da, Nikol Paşinyanla təmasların yaranmasının işartıları haqqında fikir söyləyərkən qeyd etmişdi ki, əgər Türkiyə tərəfi ilə Ermənistan siyasi əlaqə qurulmasında maraqlıdırsa, onda bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılmasına intensivləşdirilməsi üçün mühüm addımlar atılmalıdır”.

Politoloq bildirdi ki, artıq Gürcüstanla müvafiq razılıqlar əldə olunaraq, Baş nazir İrakli Qaribaşvili ilə Cənab Ərdoğan arasında görüşlərdə "Üç üstəgəl üç" platformasının detalları müzakirə olunmuşdur. Siyasi şərhçi onu da qeyd etdi ki, burada önəmli bir məqam bundan ibarətdir ki, Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul olunmalıdır. Çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi üçtərəfli birgə bəyanatın dördüncü maddəsinin implementasiyası və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi lazımdır. Həmçinin Azərbaycanda separatizm meyillərinin Ermənistan tərəfindən son qoyulması və digər şərtlərin Ermənistan tərəfindən təcili və qeyd şərtsiz qəbul olunması önəmli xarakter daşıyır.

“Yalnız bu addımlardan sonra Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılmasına da yenidən nəzər salına bilər. Bütün bunlar üçün ilkin jestlər və ilkin təməllər qoyulmalıdır və bu xüsusda Zəngəzur dəhlizi üzərindən Gəncə-Naxçıvan reysini həyata keçirilməsi də bu ilkin jestlər kimi görünə bilər. Lakin Ermənistan tərəfindən daha da səmimi addımların atılması önəmlidir. Çünki biz görürük ki, Zəngəzur dəhlizinin icrası istiqamətində Ermənistan əməlli praktiki addımlar atmaqdan çəkinir və müxtəlif vasitələrlə yollarla bu prosesi əngəlləməyə çalışır. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri də bunun tərkib hissəsi kimi qiymətləndirilmişdir”.

İlyas Hüseynov onu da qeyd etdi ki, hazırkı durumda artıq bütün səylərin birləşdirilməsi və qırx kilometrlik Zəngəzur dəhlizinin istifadəyə verilməsi prosesi həyata keçirilməlidir. Çünki bu bütün bölgədəki olan dövlətlərin və xalqların rifahına xidmət edə bilən, sülhün dayanıqlığını daha da artıran bir layihədir və burada bütün dövlətlər maraqlıdır. Çünki Zəngəzur dəhlizi istifadəyə veriləcəyi burada uduzan tərəf olmayacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR