Beşiktaş doğma meydanda xal itirdi

Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının VI turu çərçivəsində “Beşiktaş” doğma meydanda "Adana Dəmirspor"u qəbul edib.

Metbuat.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşə meydan sahibləri fəal başlayıb. Oyunda hesabı 20-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Fransisko Montero açıb. "Beşiktaş"ın növbəti qolunu 43-cü dəqiqədə Souza vurub. İkinci hissənin 52-ci dəqiqəsində Rıdvan Yılmaz hesab arasındakı fərqi üc topa çatdırıb. Lakin qonaqların heyətində Matias Varqas 60-cı dəqiqədə fərqlənərək topu çərçivəyə göndərib. Görüşün 79-cu dəqiqəsində Mario Balotelli qol vuraraq hesab arasındakı fərqi minimuma endirib. Oyunda yekun hesabı 90+7-ci dəqiqədə Adana təmsilçisinin futbolçusu Assombalonqa müəyyənləşdirib - 3:3.

Beləliklə, "Adana Dəmirspor" səfərdə geri dönüş edərək "Beşiktaş"la heç-heçə edib.

Günün digər matçında "Yeni Malatyaspor" öz meydanında "Sivasspor"a minimal hesabla uduzub - 0:1. "Altay" isə səfərdə "Rizəspor"u 2:1 hesabı ilə üstələyib. "Fatih Karagümrük" - "Antalyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. Ondan bir xal geri olan "Trabzonspor" ikinci, 12 xala malik olan "Altay" isə üçüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR