Zamiq Hüseynov "5 günlük dünya" adlı albomunu təqdim etdi -

Müğənni Zamiq Hüseynov bir müddətdir Türkiyədə hazırladığı "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib.

Metbuat.az xəbər verir ki, sənətçi alboma daxil olan "Hep biri var" mahnısına ekran həyatı da verib. Türk dilində mahnılardan ibarət olan albom və klip "Net Müzik" YouTube kanalında yer alıb.

Yeni layihəsindən məmnunluğunu bildirən Hüseynov, "bu 5 günlük dünyada hər kəsə sağlam və xoşbəxt olmağı diləyirəm" fikri ilə tamaşaçılarına xoş dinləmələr arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR