Zaur Baxşəliyev aparıcı VÜSALƏDƏN YAZDI:

Aparıcı Zaur Baxşəliyev həmkarı Vüsalə Əlizadə ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, ötən ay qardaşı vəfat edən Vüsalə Əlizadə bu səbəbdən artıq efirlərə çıxmır. Zaur Baxşəliyev də bununla bağlı xanım aparıcıya səslənərək yenidən işinə qayıtmalı olduğunu söyləyib:

"Əziz insan, dərd azar kimidir, batmanda gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan. İndi üzərinə daha böyük məsuliyyət düşür. Sən işinin başına dönməlisən. Səni minlərlə tamaşaçı gözləyir. Qayıt, aramıza gəl və davam et. Onun da ruhu şad olar. Çünki o, səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah, efirə davam".

Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR