Zülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə -

Xalq artisti Zülfiyyə Xanbabayeva Şuşaya gedib.

Metbuat.az.xəbər verir ki, müğənni "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində şəhid ailələri ilə görüşüb. İfaçı həmin görüntüləri sosial şəbəkə hesabında yayımlayıb.

"Əziz bizim şəhidlik zirvəsinə çatmış qəhrəman qardaşlarımız. Sayənizdə qanınız bahasına geri qayıtmış Şuşamıza bir daha səfər etdik. "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" silsilə layihəmiz çərçivəsində sizin şəhid olduğunuz torpaqlarda valideynləriniz, həyat yoldaşlarınız və gül balalarınızla bir daha yenidən görüşdük. Şuşada görüşdük! Ömrümüzün sonunacan sizə minnətdarıq. Sizi dünyaya gətirən anaların qarşısında baş əyirik. Nurlar içində yatın. Bu layihədə iştirak edən bütün komandaya, xüsusilə Cəlal Qurbanova təşəkkür edirəm" deyə, Xanbabayeva paylaşımında yazıb.
Zülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - FotolarZülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - FotolarZülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - FotolarZülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - FotolarZülfiyyə Xanbabayeva Şuşada şəhid ailələri ilə - Fotolar


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR