40 yaşlı kişi ilə qaçan 15 yaşlı qızdan ŞOK SÖZLƏR: Valideynlər dəhşətə gəldi -

Türkiyənin Adana vilayətində itkin düşən 15 yaşlı qız tapılıb.

Metbuat.az xəbər verir ki, 40 yaşlı kişi tərəfindən qaçırıldığı iddia edilən yeniyetmə, polisə ifadəsində iddiaları rədd edib.

O öz istəyi ilə getdiyini ifadə edib. Ailəsinə dönməkdən imtina edən 15 yaşlı qızın yoxa çıxdığı vaxtlarda evindən 45 kilometr məsafədəki kənddə yaşadığı məlum olub. Ailəsi qıza qayıtması üçün çağırışlar etsə də, hələlik nəticə yoxdur. Hazırda yeniyetmə xüsusi nəzarət altındadır.

Onun qaçdığı 40 yaşlı şəxs də polis tərəfindən nəzarətə götürülüb. O, qızı qaçırdığı barədə iddiları rədd edir. Araşdırmalar davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR