Azərbaycanda distant təhsil LƏĞV EDİLİB? -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda etdiyi dəyişikliklərə əsasən, bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi nəzərdə tutulub. Qərara əsasən distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyyən edilib".

Bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Nazirlər Kabinetinin qərarı ilə bu distant təhsilin ləğv edilməsi demək deyil. Ekspert qeyd etdi ki, belə bir məcburi tələb yoxdur. Amma, hansısa məktəbdə, sinifdə kütləvi yoluxma olarsa, əlbəttə ki, qısa müddətlik tətbiq edilə bilər.


"Ehtiyac olarsa ali və orta ixtisas təhsili müəssisələri bir neçə fənni onlayn-distant qaydada təşkil edə bilər. Düşünürəm ki, ali və orta ixtisas təhsili müəssisələri 29 sentyabrda bir sıra qeyri-ixtisas fənlərindən dərsləri onlayn- distant tədris edəcəklər. Amma əsas ixtisas fənləri auditoriyalarda ənənəvi qaydada təşkil olunacaq. Bundan başqa, bu Təhsil haqqında qanunda təhsil alma formalarından (əyani, qiyabi, distant) biri olan distant təhsilin ləğv edilməsi demək deyil".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR