Azərbaycana İLK QAR yağdı -

Qubanın Xınalıq kəndi yaxınlığına ilk qar yağıb.

Metbuat.az Bizim.Media-ya istinadən bildirir ki, kəndə gecə saatlarında fasilələrlə güclü leysan yağıb, yaxınlıqdakı dağlara isə qar düşüb.

Havaların qeyri-sabit keçməsi elektrik enerjisinin verilməsinə də təsir edib. Gecə saatlarından Xınalıq işıq yoxdur. Buna küləklə müşayiət olunan yağışın yağması səbəb olub.

Hazırda “Azərişıq” ASC-nin rayon şöbəsinin qəza briqadası fəsadların aradan qaldırılması ilə məşğuldur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR