Daha bir cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb.

Metbuat.az-ın məlumatına görə, rəqib Gürcüstan təmsilçisi Luka Maisuradze olub. Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran-prisində qızıl medal qazanıb. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medala sahib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR