Azərbaycandan Rusiyaya güc nümayişi:

"Anakşini təqdim etmək üçün Bakıda olan Rüstəm Muradovun yanında Qarabağda cəmi iki həftə qalan Mixail Kosobokov olmaması xüsusi diqqət çəkdi. Ötən həftə Muradov Anakşin İrəvanda təqdim edərkən, Kosobokov da Ermənistan müdafiə naziri Arşak Karapetyanın görüşündə idi. Kosobokovun İrəvandan fərqli olaraq, Bakıda olmaması onun vəzifəyə təyin olunandan cəmi iki həftə sonra geri çağırılmasında Azərbaycanın tələbinin rol oynadığı fikrini gücləndirir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi analitik Asif Nərmanlı, Zakir Həsənov və Gennadi Anakşin görüşündə bəzi məqamlara diqqət çəkərkən edib.


Sitat: Kosobokov bölgəyə gələn kimi Rusiya sülhməramlılarının indiyə qədər qeyri-adekvat fəaliyyətini daha açıq müstəviyə keçirdi: xəritə üzərində sülhməramlıların nəzarət bölgələrini genişləndirdi, Laçın dəhlizini genişləndirmək istədiyinə dair məlumatlar var idi və s", - sitatın sonu. Asif Nərimanlı maraqlı bir məqama da diqqət çəkərək bildirdi ki, Kosobokovun bölgədə olduğu vaxt diqqətçəkən hadisələrdən biri Azərbaycan əsgərinin Xocavəndin Cütcü kəndi istiqamətində 1200 metr irəliləməsi, danışıqlardan sonra geri çəkilməsi idi.

"İstisna deyil ki, bu irəliləmə məhz Kosobokovun (ümumilikdə Rusiyanın) təxribatlarına cavab idi və orduya tapşırıq da möhkəmlənmək yox, “əzələ nümayişi” göstərməklə bağlı olub. Bu hadisədən bir neçə gün sonra Kosobokovun Qarabağda cəmi iki həftə çəkən fəaliyyətinə son qoyuldu. Anakşinin təyin olunması ilə sülhməramlılarının xəritəsində edilən dəyişikliklər də Bakının tələbinin Moskva tərəfindən nəzərə alındığının nümunəsi hesab oluna bilər və təbii ki, Rusiyanın geriçəkilməsi Bakı-Moskva xəttində anlaşılmazlıqların aradan qaldırılması ilə bağlıdır: İlham Əliyevin Rusiya və Türkiyə mediasına müsahibələrindən bu nəticəni çıxarmaq olar" Asif Nərimanlı belə deyib. Siyasi şərhçi qeyd etdi ki, bu proseslər fonunda Anakşvinin təqdimatı zamanı Kosobokovun görüşdə olmaması da, Bakının onu qəbul etmək istəmədiyindən irəli gəlir. Və bu, Bakının Qarabağda adekvat addımlar atması baxımından müsbət məqamdır.


Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR