Bir müddət öncə pis şəraitdə, baxımsız halda saxlanılan alpaqa sosial mediada geniş müzakirə obyektinə çevrilmişdi.
Metbuat.az xəbər verir ki, həmin alpaqanın son halının videosu yayılıb. Görüntüləri alpaqanı öz fermasına götürən “Alpaka Azerbaijan” "Instagram" səhifəsi paylaşıb:
“Xilas olunmuş alpaqamız bu video vasitəsilə onu sevən hər kəsə sevgisini göndərir”.
Fermanın əməkdaşı Rasim İsayev bildirib ki, alpaqa bir ay ərzində 6 kiloqram kökəlib və özünü çox yaxşı hiss edir.